
Radiologiya bölməmizdə geniş spektrli müxtəlif diaqnostik müayinələr və müalicəvi invaziv müdaxilələr həyata keçirilir. Bölmə müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və angioqrafiya (DSA) cihazları ilə təchiz olunmuşdur.
Radiologiya bölməsində əsas məqsədimiz yüksək keyfiyyətdə radioloji görüntüləmə xidməti verərək pasientlərə ən doğru diaqnozun qoyulmasına yardımçı olmaqdır.
Daha aktual olan rəqəmli rentgen aparatında şüalanma dozası adi rentgen müayinəsinə nisbətən dəfələrlə azdır.
Kompüter tomoqrafiya bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.
Maqnit Rezonans tomoqrafiyası diaqnostika metodunun ən müasir, təhlükəsiz üsuludur.
(KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin yüksək sürəti rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Narkoz və sedasiyalara ehtiyac olmur. Həmçinin digər görüntüləmə üsullarından daha tez və düzgün şəkildə bir çox xəstəliyin diaqnozunu təyin etmək üçün istifadə olunur. Xəstəliklər erkən diaqnoz edildikdə müalicənin effektliyini artırır. KT bu kimi üstün xüsusiyyətləri ilə həkimlərin bir çox insanın həyatını xilas etməsinə yardımçı olmuşdur. Müayinələrin nəticələrini rentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında almaq olar.