
Yeni Gəncə Tibb Mərkəzi öz tibbi heyətinin peşəkarlığı, ən son müasir tibbi təchizatı, pasiyentlərinin hər birinə fərdi yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə regionda tanınır və öz etibarını qazanmışdır.
Tibbi Mərkəzimiz 13 yanvar 2011-ci il tarixindən etibarən Gəncə və Gəncə ətrafı regionlarda öz keyfiyyətli tibbi xidməti ilə tanınmış və yüksək rəğbət qazanmışdır. Poliklinika şöbəmizdə həm cərrahi həm də terapevtik kliniki xidmət göstərilməkdədir.
Siz Tibbi Mərkəzimizdə Terapiya, Urologiya, Nevrologiya, Oftalmologiya, Kardiologiya, Otorinolarinqologiya, Ginekologiya, Qastroenterologiya, Pediatriya, Fizioterapiya şöbələrinin xidmətlərindən yararlana, həmçinin 2013-cü ildən bəri müştərək fəaliyyət göstərən Doğum və Neonatologiya şöbələrimizədə könül rahatlığı ilə müraciət edə bilərsiniz. Çox saylı istəkləri nəzərə alaraq Tibbi Mərkəzimizdə Stomatoloji xidmətlər və Diş texniki laboratoriyasi sizlərin xidmətinizdədir.
Məqsədimiz cəmiyyətin bütün yaş təbəqələri üçün keyfiyyətli və etibarlı tibbi xidmətin təmin edilməsidir.
Yeni Gəncə Tibb Mərkəzi regionun yüksək səviyyəli texnologiyalarla təmin edilmiş xəstəxanası olmaqla savadlı mütəxəssisləri və tibb işçiləri ilə 24 saat xidmət göstərməkdədir.
Tibb Mərkəzimiz regionun ən qabaqcıl özəl xəstəxanalarından biridir. Xəstəxanamız cəmiyyətin bütün təbəqələrinə keyfiyyətli xidmət verən, xəstə hüquqlarına hörmətlə yanaşan, geniş tibbi profilli heyətlə müasir və keyfiyyətli xidmət göstərən, səhiyyə sektorunda çalışanlara iş imkanı yaradan və gələcəyə səhiyyə işçiləri yetişdirən bir mərkəzdir.
Məqsədimiz beynəlxalq tibbi protokollarla ayaqlaşmaqdır.
Xəstələrimizin və xəstə yaxınlarımızın məmnuniyyəti, əməkdaşlarımızın komanda ruhunda fəaliyyəti tibb mərkəzimizin mükəmməlliyə doğru atdığı addımlarda doğru yolda olmasının göstəricisidir.