B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Qastroenterologiya

Bölmənin qısa təsviri
Baş səhifə > Bölmələr > Qastroenterologiya

Qastroenterologiya

Qastroenterologiya – tibbin həzm sisteminin quruluşunu və funksiyalarını, həmçinin xəstəliklərini və onların müalicə və profilaktikasını öyrənən bölməsidir.

Qastroenterologiya bölməsi - Həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir. Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisə və ödçıxarıcı yollar, mədəaltı vəzi daxildir.

Qastroskopiya qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir.

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür.

Ümumi Qida borusu

Udqunmanın pozulması, udqunma zamanı ağrı, boğulma hissi, öskürək, səsin dəyişməsi, qıcqırma, sinə hissəsində yanma hissi qida borusu xəstəliklərinin əsas əlamətlərindəndir.

Mədə-bağırsaq

Qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s. mədə-bağırsaq xəstəliklərinin əsas əlamətlərindəndir.

Qaraciyər və öd kisəsi

Sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis ifrazı, dəridə qaşınma, ürəkbulanma, temperaturun yüksəlməsi, qaraciyər nahiyəsində şiddətli ağrılar qaraciyər və öd kisəsi xəstəliklərinin əsas əlamətləridir.

Müalicə edilən xəstəliklər

  • Qaraciyər
  • Qida borusu
  • Nazik bağırsaq
  • Mədə və onikibarmaq bağırsaq
  • Öd kisəsi və mədəaltı vəzi xəstəlikləri

Diaqnostik müayinələr:

  • Biopsiya
  • Rektoskopiya
  • Kolonoskopiya
  • Helicobacter pylori test
  • Terminal ileo-kolonoskopiya
  • Ezofaqoqastroduodenoskopiya

Müalicəvi manipulyasiya və əməliyyatlar:

  • Polipektomiya
  • Yad cisimlərin çıxarılması
  • PEG, ERCP və s. əməliyyatlar
  • Endoskopik mukozal rezeksiyası
  • Daralmaların balon, buji ilə dilatasiyası
  • Ezofaqus varikozunun skleroterapiyası və elastik həlqələnməsi
  • Qanaxmanın dayandırılması (koaqulyasiya, inyeksiya, klipslərin qoyulması)

Həkimlərimizi tanıyaq !