B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Nevrologiya

Bölmənin qısa təsviri
Baş səhifə > Bölmələr > Nevrologiya

Nevrologiya

Xəstəxanamızın Nevrologiya bölməsində peşəkar tibbi heyətin nəzarəti altında xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, periferik sinir sistemi xəstəlikləri, damar ensefalopatiyası və digər bu kimi xəsəliklərin müayinə və müalicəsi həyata keçirilir.

Epilepsiya, özündən getmələr, baş gicəllənmələri, neyropatik ağrılar, törəmələr, sinir və əzələ xəstəlikləri, hərəkət pozuntuları ilə yanaşı nevrologiya şöbəsində müxtəlif növ baş ağrılarının, yuxunun pozulması, yaddaş pisləşməsi kimi halların müalicəsi aparılır.

  • Təcili və planlı tibbi xidmət
  • Effektiv və sınanmış müalicə metodları
  • Peşəkar və təcrübəli həkim-nevroloqlar
  • Beynəlxalq protokollara əsaslanan nevroloji tibbi xidmət

Mərkəzi sinir sistemi

Kəllə bоşluğunda yerləşən baş beyindən və оnurğa kanalında yerləşən оnurğa beynindən ibarətdir.

Periferik sinir sistemi

Periferik sinir sisteminin əsas vəzifəsi, mərkəzi sinir sistemi ilə orqan və üzvlər arasındaki rabitəni yaratmaqdır.

Avtonom sinir sistemi

Bu sinir sistemi, periferik sinir sisteminin, məcburi hərəkətlər və orqan funksiyaları-
nın idarəsini həyata keçirən bölümüdür.

Müayinə və müalicə edilən xəstəliklər

  • Əsəbilik
  • Epilepsiya
  • Baş ağrıları
  • Device xəstəliyi
  • Dağınık Skleroz
  • Baş gicəllənməsi
  • Yuxu pozğunluğu
  • Miyasteniya Gravis
  • Hərəkət pozğunluğu
  • Demans (yaddaş zəifliyi)
  • Miyopatiyalar (əzələ xəstəlikləri)
  • Hərəki Neyron xəstəliyi (ALS Pls və s.)
  • Kranial neyropatiyalar (Trigeminal nevralgiya, Fasiyal İfliclər və s.)
  • Servikal ve Lumbosakral radikulopatiyalar (Fəqərə arası disk yırtıqları)
  • Beyin qan dövranı pozğunluğu (İşemik, hemorragik insult, Tranzitor işemik və.s)

İcra olunan prosedurlar

  • Elektromioqrafiya EMQ
  • Elektroensefaloqrafiya (EEQ)
  • Akupunktura və akupres
  • Fizioterapevtik prosedurlar
  • Bütün növ blokada və punksiyalar

Uşaq nevrologiyası

  • EEQ
  • Tiklər
  • Autizm
  • Enurez
  • Epilepsiya
  • Hidrosefal
  • Mikrosefal
  • Uşaq serebral iflici
  • Əqli və nitqi inkişafdan geri qalma

Həkimlərimizi tanıyaq !