B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Diyetologiya

Bölmənin qısa təsviri
Baş səhifə > Bölmələr > Diyetologiya

Diyetologiya

Diyetologiya bölməsində metabolizm pozğunluğu xəstəliklərinin və onların fəsadlarının, müasir standartlar və protokollar əsasında diaqnostikası və müalicəsi aparılır.

Diyetologiya bölməsində fərdi kouçinq metodikasından istifadə etməklə pasiyentlərin vərdişlərinin dəyişdirilməsi, yeni vərdişlərin əmələ gəlməsi və davranış terapiyası həyata keçirilir.

  • Motivasiya
  • Fiziki aktivlik
  • Fərdi kouçinq
  • Düzgün və balanslaşdırılmış qidalanma

Piylənmə

Bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir.

Bədən kütlə indeksi

BKİ - İnsanın bədən çəkisinin onun boyuna müvafiq olmasını qiymətləndirən göstəricidir.

Pəhriz proqramları

İnsanın problemlərini, səhhətini, psixoloji durumunu nəzərə almadan onun çəkisini azaltmaq mümkün deyil.

Müalicə edilən xəstəliklər

  • Piylənmə
  • Artıq çəki
  • Metabolik sindrom və s.

İcra edilən prosedurlar

  • Pasiyentlərin fərdi kouçinqi
  • Qida gündəliyinin tərtibi və aparılması
  • Koqnitiv davranış terapiyasının aparılması
  • Xəstəxana daxili qidalanma planının təyini
  • Fərdi arıqlama və çəki artırma planının təyini
  • Pasiyentlərin bədən çəkisinin peşəkar seqmentar analizi
  • Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi
  • Ziyanlı vərdişlərin aydınlaşdırılması və sağlam vərdişlərlə əvəz olunması
  • Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərə düzgün qidalanma planının təyini və s.

Həkimlərimizi tanıyaq !