
Plastik cərrahiyyə bölməsi bədən hissələrində və orqanlarda olan deformasiyaların və nöqsanların aradan qaldırımasına yönəldilmiş cərrahi müdaxilələrlə məşğul olur.
Plastik-Estetik cərrahiyyənin məqsədi pasiyentin estetik istəklərini nəzərə alaraq, bədənin deformasiya və ya tənasübsüz olan hissəsini dəyişdirməkdir.
Rinoplastika əməliyyatı burnun anadangəlmə və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir.
Abdominoplastika yada qarın gərmə əməliyyatı, qarın divarında çox olan yağ və dərinin çıxarılaraq qarın divarının yenidən cavanlaşdırılıb formalaşdırılmasıdır.
Süd vəzi plastikası olaraq bilinən Mamoplastika zamanı süd vəzini kiçiltmək, süd vəzilərinin böyüdülməsi, süd vəzinin dikləşdirilməsi həyata keçirilir.