B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Ginekologiya

Bölmənin qısa təsviri
Baş səhifə > Bölmələr > Ginekologiya

Ginekologiya

Ginekologiya bölməsi Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir.

Ginekologiya bölməsində müasir dünya standartlarına uyğun etibarlı və keyfiyyətli tibbi xidmət göstərilməkdədir. Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur.

Ginekologiya bölməsində peşəkar mütəxəssislərimiz tərəfindən bütün ginekoloji xəstəliklərin müasir tibb sahəsindəki yeniliklər tətbiq edilməklə diaqnozu və müalicəsi həyata keçirilir.

  • Bəd və xoşxassəli törəmələrinin diaqnozu və müalicəsi
  • Kəskin və xroniki infeksion - iltihabi xəstəliklərin müalicəsi
  • Müxtəlif yaş dövrlərindəki qadın cinsiyyət sisteminin xəstəliklərini müalicəsi

Bütün ginekoloji əməliyyatlar

Burada qadın cinsiyyət orqanlarının bədxassəli və xoşxassəli şişlərinə görə müxtəlif əməliyyatlar aparılır.

Uroginekoloji əməliyyatlar

Qadın urologiyası daha çox sidik saxlaya bilməmə kimi problemlərlər, yəni sallanmalarla məşğul olan sahədir.

Sonsuzluğun müalicəsi

Sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır.

Müalicə edilən xəstəliklər və icra olunan prosedurlar

  • Follikulometriya
  • Yerli dərman təyini
  • Papsmear alınması
  • Karman aspirasiyası
  • Uşaqlıq ifrazatının təhlili
  • Uşaqlıq boynu eroziyası
  • Kolposkopiya + biopsiya
  • Hamiləliyin USM ilə təyini
  • Qanaxmanın dayandırılması
  • Spiral taxılması, çıxardılması
  • Uşaqlıq boynunun konizasiyası
  • Bartolin vəzi absesinin açılması
  • Uşaqlığın diaqnostik qaşınması
  • Vulva kistinin kəsilib çixarılması
  • Endometrial biopsiya (novak ilə)
  • Yumurtalıq kistinin iynə aspirasiyası
  • Pipel korneal ilə endometrial biopsiya
  • Vaginal biopsiya və yaxmanın alınması
  • Serviks displaziyasının diatermokoaqulyasıyası
  • Abort (İnkişafdan qalmış hamiləlik, inkişaf qüsürları)
  • Uşaqlıqdan kənar hamiləliyin metotreksat inyeksiyası
  • Vulvadan kandilomaların kəsilib çixarılması (çox) (tək)
  • Qadınlarda uşaqlıq borularının endoskopik yolla bağlanması
  • Utero-servikal (uşaqlıq və uşaqlıq boynu) polip eksiziyası+anesteziya və s.

Aparılan müayinələr

  • Abdominal ultrasonoqrafiya (USM)
  • Ultrasonoqrafiya (USM) – mamalıqda
  • Regional limfa düyünlərinin müayinəsi
  • Süd vəzisi və qalxanabənzər vəzin ultrasonoqrafiyası (USM)
  • Kiçik çanaq ultrasonoqrafiyası (transabdominal və transvaginal)

Həkimlərimizi tanıyaq !