
Mərkəzimizin Polikilinika şöbəsi ən müasir tibbi avadanlıqla təchiz edilib, müasir standartlara uyğun olaraq xəstələrə terapevtik, endokrinoloji, nevroloji, stomatoloji, mama-ginekoloji, fizioterapevtik, rentgenoloji kabinetlər, USM kabinetləri, laboratoriya və sterilizasiya otaqları fəaliyyət göstərir.
Poliklinika şöbəmizdə həm cərrahi həm də terapevtik kliniki xidmət göstərilməkdədir.
Mərkəzimizdə bütün profil ixtisaslar üzrə həkimlər çalışır. Poliklinika şöbəsində beynəlxalq standartlara uyğun müasir tibbi avadanlıq və təchizatlarla yüksək səviyyədə təmin olunmuş ambulator xidməti təqdim edilir.
Şöbədə laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir.
Terapiya şöbəsinin ambulator, stasionar və reanimasiya bölmələri sizin xidmətinizdədir.
Fasiləsiz 7/24 saat rejimində xidmət göstərən tibb mərkəzimiz sizlərə operativ xidmət göstərmək üçün çalışmaqdadır.