
Tibb mərkəzimizdə beynəlxalq protokollara uyğun olaraq damar patologiyalarının diaqnostikası və müalicəsi, cərrahi əməliyyatlar həyata keçirilir. Bu bölmə damar xəstəlikləri olan xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq çalışır.
amar cərrahiyyəsi şöbəsində ürək-damar xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən yeni yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda ixtisaslı və uzun müddətli iş təcrübəsinə malik olan yüksəkixtisaslı peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir.
Ürək və damar xəstəlikləri bölməsi özündə: ümumi kardiologiya, invaziv kardiologiya və ürək - damar cərrahiyyəsini birləşdirir.
Bu əməliyyatın üstünlükləri əməliyyatdan sonra ağrıların az olması, sürətli bərpaolma, tam aktivliyə daha erkən dönmə və s. olmasıdır.
Venaların varikoz genişlənməsi zamanı aparılan müalicə kompleks şəkildə olub, qan axınını bərpa etmək, ağırlaşmaların qarşısını almaq və s. istiqamətdə aparılır.