
Pulmonologiya tənəffüs orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Yeni Gəncə Tibb Mərkəzinin Pulmonologiya bölməsində peşəkar həkim heyəti tərəfindən tibbin ən son yenilikləri və müasir üsullarla bronx-ağciyər xəstəliklərinin - bronxit, pnevmoniya, bronxial astma müalicəsi aparılır. Bəlğəmin bakterioloji müayinəsi, immunoloji vəziyyətin müayinəsi, bronx-ağciyər sistemində iltihabı prosesin aktivlik dərəcəsinin və. s yoxlanılması həyata keçirilir.
Bronxial astma bronxlardan ağciyərlərə havanın daxil və xaric olmasını təmin edən tənəffüs yollarının xronik xəstəliyidir.
Ağciyərlərin iltihabi xəstəliyi yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün həyati təhlükəlidir.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) insanın tənəffüsünü çətinləşdirən ağciyər xəstəliklərindən biridir.