
Tibb Mərkəzimizin Stasionar şöbəsində klinikanın ixtisaslı həkim cərrahları və ehtiyac yarandıqda dəvət edilmiş digər mütəxəssislərin tərəfindən ümumi cərrahiyyəyə aid bir sıra əməliyyatlar həyata keçirilir. Əməliyyat blokumuzdakı tibbi avadanlıqlarımız ən yüksək səviyyədədir. Anesteziya zamanı istifadə olunana dərman preparatlarımız ən yüksək keyfiyyətdədir və heç bir yantəsirə malik deyil.
Stasionar şöbəmiz 24 saat ərzində fəaliyyət göstərir. Palatalar müasir tibbi tələblərə və standartlara uyğun təşkil edilmişdir. Stasionar bölmədə əməliyyat olunmuş və ya stasionar müalicə alan bütün ixtisaslara aid xəstələr, o cümlədən nevroloji, uroloji, neyrocərrahi, travmalı, LOR və digər xəstələr yatır.
Əməliyyat olunası xəstələr stasionar şöbədə əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir.Stasionar bölmədə müalicə alan xəstənin durumuna görə ayrıca qulluq edilir.
Pasiyentlər, ailələri və ziyarətçiləri avtomobil dayanacağından ödənişsiz faydalana bilərlər.
Xəstəxanamızın təhlükəsizlik xidmətləri Sizin dincliyiniz və rahatlğınız üçün, 24 saat fasiləsiz çalışmaqdadır.
Xəstəxanamızdan və ya komandamızdan narazılığınız və şikayətləriniz varsa, qulaq asmağa və düzəltməyə hazırıq.