
Stomatologiya bölməmiz diş, üz, çənə və ağız boşluğu ilə bağlı fərqli problemlər, xəstəliklər və estetik qüsurlar, onların anatomiyası, fizilogiyası, profilaktika və müalicəsi ilə məşğuldur.
Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsidir.
Burada siz müxtəlif növ diş, çənə və ağız boşluğunda olan xəstəlik və anomaliyaların həlli yolunu tapa bilərsiniz.
İmplant çəkilmiş dişlərin yerinə dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür.
İnsanın üz-çənə nahiyyəsinin sərt və yumşaq toxumalarının qüsurlarının cərrahi müalicəsinə yönəlmiş tibbi elm sahəsidir.