
Ən son tibbi avadanlıqlarla təchiz olunmuş Otorinolarinqologiya bölməsində yuxarı tənəffüs orqanlarında yaranmış xəstəliklərin nəinki müalicəsi həm də endoskopik üsulla cərrahi əməliyyatlar icra olunmaqdadır.
Otorinolarinqologiya-Burun, qulaq, boğaz nahiyələrinin xəstəlikləri, onların yaranma səbəbi, müalicə metodunu öyrənən tibb sahəsidir. Bu orqanların anatomik yaxınlığı və funksional qarşılıqlılığı onların otorinolorinqologiya sahəsində öyrənilməsinə imkan verir.
Eşitmə azlığı, qulaq infeksiyaları, baş gicəllənmələri, qulaqda küy, xoşagəlməz səslər və s. xəstəlikləri müalicə edilir.
Burun allergiyaları, sinusitlər, rinitlər, qoxu alma qüsurları, burun qanamaları, burun tıxanıqlığı və s. xəstəlikləri müalicə edilir.
Hər növ tonzillitlər, xroniki və kəskin faringitlər, xroniki və kəskin laringitlər, səs qüsurları və s. xəstəlikləri müalicə edilir.