B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Bloq

Skolioz

Onurğanın döş və ya bel bölgələrində gözlə görünən, yana doğru əyrilik varsa, bu Skolioz, olaraq bilinməkdədir.

Skoliozun inkişafı və proqressivləşməsi baxımından ən təhlükəli dövr intensiv böyümə mərhələsi hesab olunur: 4-6 və 10-14 yaş arası. Uşaqlarda başlanğıc mərhələ simptomsuz getdiyi üçün daha diqqətli olmaq lazımdır.

Skoliozun diaqnozu gözlə müşahidə nəticəsində belə asanlıqla qoyula bilər. Həmçinin aşağıdakı əlamətlərin nəticəsində asanlıqla diaqnoz qoyulur.

  • Duruşunuzdakı əyrilik
  • Kürək sümüyündə çıxıntı
  • Sinə qəfəsində asimmetriya
  • Ayaq səviyyələrinin fərqli olması
  • Paltarlarınız üstünüzdə düzgün durmaması
  • Bir çiyniniz digəri ilə eyni səviyyədə olmaması
  • Ombanız bir birindən fərqli səviyyələrdə durması
  • Kürəkdə donqarlıq görünüşü yaradan bir hörgücün olması

Həmçinin ailənizdə skolyoz diaqnozu qoyulan və ya müalicəsini alan kimsə varsa, həkimə müraciət etməyiniz vacibdir.

Skoliozun müalicəsi konservativ və cərrahi yolla düzəltmə və ya önlənmə şəklindədir. Skoliozda cərrahi müalicə yoluna getməmək üçün bütün tədbirlər erkən dönəmdə alınmalı və müalicəyə önəm verilməlidir.

Konservativ müalicə
  • Fizioterapiya
  • Biyo-Feedback
  • İdman müalicəsi
  • Korsetlə müalicə
Cərrahi müdaxilə