
İnsulin dirənci
İnsulin dirənci dedikdə orqanizmdəki şəkərə nəzarət etmək üçün ifraz olunan insulinin təsirinin az olması başa düşülür. Normada orqanizm şəkəri 30-50 vahid insulin ilə nəzarətdə saxladığı halda insulin dirənci olan xəstələrdə orqanizm 2-3 dəfə artıq insulin ifraz edir. İnsulin dirənci artdıqca şəkəri normada saxlamaq üçün insulin ifrazı da artır. Bu da orqanizmdə həddindən çox insulin ifrazına səbəb olur.
İnsulin dirəncindən daha çox əzələ və qaraciyər toxuması təsir görür. Qandakı şəkər əzələlər və qaraciyər tərəfindən çox miqdarda alınır. Əgər dirənc varsa yəni insulin yetərincə təsirli deyilsə yemək sonrası qanda artan şəkər əzələ və qaraciyərə daxil ola bilmədiyi üçün qanda toplanmağa başlayar və qan şəkəri yüksələr.
İnsulin əzələ və qaraciyərdə və digər üzvlərdə şəkərin istifadəsini, toxumalara şəkərin alınmasını və istifadə edilməsini təmin edən, mədəaltı vəzidən ifraz olunan bir hormondur. Toxumalarda insulin dirənci varsa şəkərin toxumalara alınıb, istifadə edilməsi, yandırılması çətin olur. Bu vəziyyət daha çox insulin ifrazına səbəb olur.
İnsulin dirənci, sağlam qidalanmanıza və idman etmənizə baxmayaraq kilo almağınıza səbəb olur. Çünki çox ifraz olunan insulin, alınan qidaların yağ olaraq depolanmasına səbəb olur. Zamanla daha çox ifraz olunan insulin zaman içində pankreatiti yorar. Bu vəziyyət zamanla insulin ifrazının azalmasına və diabet xəstəliyinə, diabetönü hala gətirib çıxara bilər.
Bütün sadalanan halların nəticəsi olaraq qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində piylənmə yaranır ki, bu da insulin dirənci sindromu üçün əsas yaradır.