
Uşaqlarda Enurez
Uşaqlarda qeyri-iradi sidik ifrazı - Enurez adlanır və 3 yaşadək uşaqlarda bu hal normal sayılır. 3 yaşadək uşaqların sinir sistemi bu prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu hal avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni, sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir.
Enurez adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və oğlanların sayı qızlardan təxminən iki dəfə çoxdur.
Enurezin 2 səbəbi var:
- Tibbi-genetik - bu çox önəmli səbəbdir. Çünki enurezi olan uşaqların 75%-də ata və ya analarında bu hal olub.
- Psixodinamik - enurezi olan uşaqları 95%-də sırf psixoloji faktor səbəbi aşkarlanıb. Bunlar: reqressiv davranış kimi interpretasiya edilir, uşaqlarda körpə qalma istəyi, özünə diqqət çəkmə, hiddətini və ya acığını bildirmə nəticəsində yarana bilər.
Ümumiyyətlə Enurezin – səbəbləri çoxdur. Hamiləlik və doğuşlar zamanı uşağın baş beyninin zədələnməsi, sinir sis¬teminin inkişafının ləngiməsi; sidik çıxarıcı siste¬min infeksiyaları, sidik kisəsinin sinir tən¬ziminin pozulması, anadangəlmə qüsurlar, irsi amillər və s ola bilər.
Hal-hazırda enurezin müalicəsinin 300-dən artıq müalicə metodu vardır. Hər bir uşaq üçün düzgün metodun seçilməsi əsas şərtdir.