
Vitamin D çatışmazlığı
Gün ərzində sadəcə 15-20 dəqiqə gün işığı qəbul etməklə bədənimizin D vitamini istehsal edə bilməsinə baxmayaraq, bu gün vitamin D çatışmazlığı aktual problemlərdən biridir.
Dünyada yetkin əhalinin 20%-dən çoxunun bu vitaminin əskikliyini yaşadığı düşünülməkdədir. Problemin aktuallığı ona görədirki, müasir dövrdə insanlar işləri dolayı (qapalı, kompüter arxasında, ofislərdə) yetərincə gün işığı ala bilmirlər və dolayısı ilə D vitamini ehtiva edən qidaların da sayının az olması bu problemi bu qədər qabaqdır. Əsasən də bugün əksər uşaqların D vitamini əskikliyi ilə böyüməsi üzücü faktordur.
Məlumdur ki, sümüklərin güclü olması üçün D vitamininə ehtiyacımız var ancaq D vitamini əskikliyində yalnız sümüklərimiz zəifləmir. Davamlı D vitamini əskikliyinin süd vəzi xərçəngi, kolon xərçəngi, pankreas xərçəngi, ürək xəstəlikləri, depressiya kimi bir çox ciddi xəstəliyi tətiklədiyi də bilinir.
D vitamini çatışmazlığının əlamətləri :
Depressiya, sümük ağrıları, əzələlərin zəifləməsi, tez-tez soyuqlama (əsasən uşaqlarda), halsızlıq, oynaq ağrıları, kilo alma, yüksək təzyiq, baş ağrısı, diqqət əskikliyi, qəbizlik və ya ishal kimi həzm problemləri və s.
Hamiləlik və əmizdirmə dövründə olan qadınlar, böyrək xəstəliyi olanlar, qanında yüksək miqdarda kalsium olanlar, paratiroid vəzləri həddindən artıq çalışanlar, limfa və vərəm xəstəliyi olanların həkimə məsləhətləşmədən bədənin D vitamini istehsalını artırmaları məsləhət deyil.