B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Bloq

Hemorroy

Hemorroy (babasil) düz bağırsaqda baş verən varikoz genəlmələr və düz bağırsaq nahiyəsinin venalarının iltihablaşması səbəbindən baş verir. Düz bağırsağın aşağı hissəsində hemorroidal kələflər, eləcə də qanın qatılaşması, trombların əmələ gəlməsi nəticəsində onlarda qan axınının pozulması səbəbindən yaranan kəskin iltihabi prosesdir.

Babasilin yaranmasının səbəbi kavernoz toxuma adlandırılan damar kələflərinin patologiyasıdır. O, normal embriogenez zamanı, düz bağırsağın aşağı hissəsinin submukoz nahiyəsində yaranır.

Babasilin ümumi əlamətləri düz bağırsaqda diskomfort, anus nahiyəsində ağrı və defekasiyanın çətinləşməsidir.

Babasilin klinik mənzərəsini üç simptomdan tərtib etmək olar:
  • Ağrı sindromu – bağırsağın boşaldılması və defekasiya zamanı yaranan ağrı. Onun səbəbi anal kanalın çatları və ya daxili hemorroidal düyünlərin trombozu ola bilər;
  • Qanaxma – defekasiya zamanı düyünlərin zədələnməsi nəticəsində yaranır. Əksər hallarda qanaxma aşağıdakılarla xarakterizə olunur: onun az miqdarda olması, bağırsağın boşaldıması zamanı və ya onun boşaldılmasından sonra əmələ gəlməsi, qanın al-qırmızı rəngdə olması və nəcislə qarışmaması. Xəstəliyin kəskin forması zamanı selikli ifrazatlar yarana bilər.
  • Hemorroidal düyünlərin qabarması – hemorroidal düyünləri anal kanalda saxlamaq funksiyasını daşıyan düz bağırsağın bağ aparatında yaranan dəyişikliklər nəticəsində baş verir. Xəstəliyin yaranmasının başlanğıc mərhələlərində hemorroidal düyünlər defekasiya zamanı qabarır, lakin sonra onlar öz-özünə anal kanala qayıdırlar.
Babasilin əsas müalicə üsullarına aşağıdakılar aiddir:
  • Konservativ üsullar;
  • Minimal invaziv üsullar;
  • Radikal hemorroidektomiya;
  • Düyünlərin biopolyar koaqulyasiyası.