B.ertəsi-Şənbə 08:00-17:00 +994 22 254 07 00info@ygtm.az
Nömrə 1
Gəncənin Tibb Mərkəzi
Etibarlı
Peşəkar tibbi xidmət
7/24 saat
Xidmətinizdəyik

Bloq

Tibbi müayinələrdən nə vaxt keçməliyik?

Hər kəs ən azı ildə 2 dəfə tibbi müayinələrdən keçməlidir. Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən vaxtında tibbi müayinələrdən keçərək yaxa qurtarmaq mümkündür.

Məlumdurk ki, ölkəmizdə bu yanaşma fərqlidir. Bəzi şəxslər xəstələnmədən həkimə getməyin əlavə xərc olduğunu düşünür.

"Check up" müayinələrin yaşdan asılı olaraq dəyişir. Gənc yaşlarda ildə bir dəfə müayinədən keçmək yetərlidir.50 yaşdan yuxarı şəxslər mütləq mütəmadi müayinə olunmalıdırlar. Həmçinin mütəmadi qanın infeksion paketindən keçməkdə fayda var.

İnsan öz orqanizmini tanımaq üçün ildə 2 dəfə ümumi analizlər verməli, 30 yaşdan yuxarı qadınlar süd vəzisi müayinəsindən keçməli, iki ildə bir dəfə onkoloq-mammoloq və USM müayinəsindən keçməli, 35 yaşında 1-ci mammoqrafiya çəkilməli, 40-50 yaş arası mammoqrafiya iki ildə bir dəfə çəkilməli və tiroid vəzilərini yoxlatmalıdırlar.

Günümüzdə əksər insanlar şəkərinin olub-olmadığını ev şəraitində aparatla yoxlamağa çalışırlar. Ancaq dəqiq dioqnoz üçün mütləq qandan analiz vermək lazımdır.

Erkən diaqnozla əksər xəstəliklərdən tam sağalmaq mümkündür.